Sıfırdan bir SMM strategiyası qurmaq, əslində bir sistem dizayn etməkdir. İlk başda hər şey saat kimi işləyir: vizuallar təzədir, auditoriya yeni gəlir, “Organic Reach” (təbii əhatə dairəsi) yüksəkdir. Amma hər bir strategiyanın bir “son istifadə tarixi” olur. Strategiyanı quran adamla, sadəcə icra edən arasındakı fərq məhz bu nöqtədə üzə çıxır.
1. “Yeni başlayan” uğuru: alqoritmin hədiyyəsi
Sıfır nöqtəsində alqoritmlər sizi test edir və adətən ilkin mərhələdə daha çox insana göstərir. Bu dövrdə hamı elə bilir ki, bununla da iş bitdi. Amma bu, sadəcə “Initial boost” (ilkin təkan) mərhələsidir. Həqiqi mütəxəssis bilir ki, bu sürət bir yerdə kəsiləcək. Çünki bağa su vermisənsə, o ilk mövsümdə meyvə verəcək. Növbəti qar-borana düşəndə hansı addımı atacağını bilməyən “bağban” sadəcə arxasında çürük meyvələr buraxacaq.
2. Kritik dönəm: Strategiyanın “sınma” anı
Strategiyanın əsasını qoyan şəxs rəqəmlərə baxanda artım tempinin azaldığını – “Growth Rate”in aşağı düşdüyünü 2-3 həftə öncədən hiss edir. Bu, o deməkdir ki:
- Auditoriya artıq bu tonla danışmağınıza öyrəşib (maraq itib).
- Sizin “Retention” (izləyicini saxlama) faiziniz düşür.
- Rəqiblər sizin “işləyən” modelinizi kopyalayıb.
- Burada “icraçı” panikaya düşüb daha çox post paylaşmağa çalışır, “strateq” isə “Pivot” edir – yəni istiqaməti çevirir.
3. Enişləri idarə etmək: “Re-engineering”
Eniş mütləqdir. Əgər bir səhifədə eniş varsa, deməli sistem doymuş haldadır. Strateq bu zaman “nəfəs dərmə” dövrünü elan edir.
Bu dövrdə:
“Community building” (icma quruculuğu) ön plana keçir: say dalınca qaçmaq yox, olanı qorumaq lazımdır.
4. Məqsəd: Stabil yox, dalğalı artım
SMM-də düz xətt üzrə artım real deyil. Real olan dalğalardır. Strategiyanı quran adam bu dalğaların tezliyini hesablamalıdır. Nə vaxt aqressiv reklam (Performance Marketing) ilə irəli getmək lazımdır, nə vaxt isə sadəcə “Branding” üzərində qalıb auditoriya ilə səmimi bağ qurmaq lazımdır – bunu bilmək işin silsilə uğurunu təmin edir.
Sözün qısası: Sıfırdan qurulan bir mexanizm sizi 10-cu mərtəbəyə qədər qaldıra bilər. Amma 100-cü mərtəbəyə qalxmaq üçün yolda o liftin motorunu söküb yenidən yığmağı bacarmalısan. Strategiya sadəcə plan deyil, dəyişən şərtlərə qarşı göstərilən çevik reaksiyadır.